Tələbələr Ümumdünya Qida Günü haqqında məlumatlandırılıb


Azərbaycan Dillər Universitetinin (ADU) “Mülki müdafiə və tibbi biliklərin əsasları” kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “16 oktyabr Ümumdünya Qida Günüdür”  adlı marifləndirici tədbir keçirilib.

 

Tədbir qida normaları, sağlam və rasional qidalanmanın vacib məqamları, eləcə də gündəlik istifadə edilən qidalarla bağlı tövsiyələri tələbələrin diqqətinə çatdırmaq məqsədi ilə keçirilib.

 

Tədbiri giriş sözü ilə açan “Mülki müdafiə və tibbi biliklərin əsasları” kafedrasının müdiri, dosent Sevda Zamanova  bu kimi maarifləndirici  tədbirlərin  əhəmiyyətindən  danışıb.    

 

Sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tədbir iştirakçılarına bu qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib, “16 oktyabr Ümumdünya Qida Günü”, “Qida məhsulları alarkən nələrə diqqət etməli” mövzularında təqdimatla çıxış ediblər.

 

Sədaqət Musayeva keyfiyyətli və rasional qidalanmanın insan orqanizminin sağlamlığı üçün əvəzedilməz zərurət olduğunu qeyd edib.

 

Tədbirdə “Qida zənciri” və “Mən qidayam” adlı videoçarxlar nümayiş olunub, Agentliyin mütəxəssisləri tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb, eləcə də sağlam qidalanma ilə bağlı maarifləndirici material paylanılıb.