Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsinin Elmi Şurasının iclası, həmçinin Energetiklər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) baş energetiki Tahir Cəfərov, fakültənin professor-müəllim heyəti iştirak edib.

 

Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İclasda əvvəlcə gündəmdə duran məsələlər müzakirə olunub. Daha sonra AREA-nın baş energetiki Tahir Cəfərov Azərbaycanda energetika sistemində 03.07.2018-ci il tarixində baş vermiş qəza ilə bağlı məruzə  edib. Sonda professor-müəllim heyətinin sualları cavablandırılıb.

 

Qeyd edək ki, 2004-cü ildən hər il  20 oktyabr-Energetiklər Günü ölkəmizdə energetiklərin peşə bayramı kimi qeyd olunur.