Görüşdə Çinlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra yeni layihələrin olduğu vurğulanıb


Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı universitetdə təhsil alan bir qrup çinli tələbə ilə görüşüb. Görüşdə Şanxay Universitetinin səlahiyyətli nümayəndəsi və ADNSU-nun Çində təmsilçisi doktor Renying Li, ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, həmçinin Çinin Lançjou Neft-kimya Kollecindən olan 7 tələbə və digər çinli tələbələr iştirak edib.

 

Tələbələri salamlayan  rektor  M.Babanlı universitetdə əcnəbi tələbələr üçün yaradılan şəraitdən, tədris imkanları və həmçinin genişlənməkdə olan tələbə mübadiləsi prosesindən danışıb. İki ölkə arasında təhsil əlaqələrinin genişləndiyini diqqətə çatdıran rektor M.Babanlı ADNSU-da Çinlə tələbə mübadiləsi sahəsində əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. Universitetdə təhsil alan çinli tələbələrin sayının ildən-ilə artdığını vurğulayan rektor M.Babanlı Çinlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra yeni layihələrin olduğunu da vurğulayıb.