Aprelin 9-da  Bakı Slavyan Universitetində (BSU) "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində "Autizmdə effektiv müdaxilələr"(ABA – Tətbiqi Davranış Analizi) mövzusunda məlumat sessiyası keçirilib.

 

Tədbirdə “Birgə və Sağlam” İctimai Birliyinin psixoloqu Nərmin Həsənli  autizm haqqında ümumi məlumat verərək auitizmin statistikası, onun diaqnostikası, auitizm-spektr pozuntusu barədə danışıb. O, autizmdə reabilitasiya metodları sırasında yer alan Tətbiqi Davranış Analizi (ABA) ilə bağlı ətraflı məlumat verib. ABA tədris proqramının əhəmiyyəti və effektivliyindən söz açıb.

 

Məlumat sessiyası tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.