Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu  doktorantura və dissertanturaya qəbul elan edib.

 

“Azərbaycan müəllimi” instituta istinadən xəbər verir ki, 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul aparılır: 

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

– “Botanika” – 1 yer (əyani);

– “Bioloji ehtiyatlar” – 1 yer (əyani)

- “Bitki fiziologiyası” – 2 yer (1 əyani, 1 qiyabi);

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

– “Botanika” – 1 yer (qiyabi);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

– “Botanika” – 1 yer

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

 – “Botanika” – 1 yer (əyani)

– “Bioloji ehtiyatlar” – 1 yer (əyani)

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

– “Botanika” – 1 yer (əyani)

 

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

– “Botanika” – 1 yer 

– “Bioloji ehtiyatlar” - 1 yer

 

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində keçiriləcək.