Saatlı və Sabirabad rayonlarının seçilmiş ümumtəhsil məktəblərinin müəllimləri arasında pedaqoji əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlər davam etdirilir.

 

Rayon təhsil şöbələrinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Xalid Nəciyev  tərəfindən verilən məlumata görə, Sabirabad rayon Ulacalı kənd tam orta məktəbinin rəhbərliyi və müəllimlər Saatlı şəhər 2 nömrəli tam orta məktəbdə təcrübə mübadiləsində iştirak ediblər. Görüş zamanı ümumi təhsillə bağlı aktual məsələlər, yeniliklər və problemlər müzakirə olunub. Həmçinin, qabaqcıl müəllimlərin nümunəvi dərsləri dinlənilib.

 

Məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.

 

Şakir CƏFƏROV