Aprelin 18-də  “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin ikinci günü davam edir. 

 

Final mərhələsində riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri üzrə 113  elmi-tədqiqat layihəsi iştirak hüququ qazanıb. 

 

Qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.