""Məktəblinin dostu" layihəsi tətbiq olunan ərəfədə, 2014-cü ildə sosial şəbəkələr bu qədər şagirdlərin həyatına girməmişdi. Lakin bu proses hər il sürətlə artır".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. 
 
Nazir bildirib ki, bu mənada "Məktəblinin dostları"nın fəaliyyətində şagirdlərin sosial şəbəkələrdən istifadə etməsinə müdaxilə o qədər də geniş deyil:
"Ümumiyyətlə razıyam ki, sosial şəbəkələr və məktəblər mövzusu çox dərindir. Bunun bizdə və dünyada da müfəssəl hazırlanmış qiymətləndirmə çərçivələri azdır. Amma bu istiqamətdə tədqiqatlara ehtiyac var".