Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Qazaxıstanın Satbayev adına Milli Elmi-tədqiqat Universiteti (Satbayev University) arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, qazaxıstanlı tələbələr ADNSU-da iki həftəlik elmi-tədqiqat təcrübəsi keçiblər. 

 

2 həftəlik təcrübə müddətində Satbayev adına Milli Elmi-tədqiqat Universitetinin 6 nəfər magistr tələbəsi, əsasən ADNSU-nun neft-mexanika, geoloji kəşfiyyat, informasiya texnologiyaları və idarəetmə fakültələrində keçirilən görüş və seminarlarda, tədqiqat laboratoriyalarında elmi təcrübərlərdə iştirak ediblər.

 

Bundan əlavə, tələbələr ADNSU-nun Tarix muzeyində də olub və burada universitetin tarixinə dair ətraflı məlumat alıblar. Qazaxıstanlı tələbələrin diqqətini çəkən digər mühüm yer isə ADNSU-nun  zəngin mineral eksponatların toplandığı Mineralogiya muzeyi olub. Onlar, həmçinin təcrübə müddətində Azİİ e-Kitab Evi ilə tanış olub, dissertasiya mövzularına dair müvafiq materiallarla təmin ediliblər.

 

Təcrübənin sonunda qazaxıstanlı tələbələrə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.