"Azərbaycan müəllimi" qəzetinin təşəbbüsü və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdovun gənc müəllim və tədqiqatçılarla görüşü keçiriləcək.
 
Qeyd edək ki, Qərib Mürşüdov Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində təhsil alıb. Dissertasiya işini Moskvada Kristolloqrafiya İnstitutunda müdafiə edib. O, 1993-cü ildə Böyük Britaniyanın York Universitetinin kimya fakültəsinə daxil olub. Hazırda bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Kembricdə Molekulyar Biologiya Laboratoriyasında qrup rəhbəridir.
 
Professor Qərib Mürşüdovun "Azərbaycan müəllimi" qəzetinə verdiyi müsahibələrlə buradan tanış ola bilərsiniz:
 
Qeyd edək ki, görüşün əsas məqsədi gənc alimlər, tədqiqatçılar və tələbələr üçün  interaktiv müzakirə təşkil etməkdir.
 
Tarix: 23 aprel saat 16:00
Məkan: UFAZ (Nizami küçəsi 183 - https://maps.app.goo.gl/tDDLeYMk4qBg9Un59)
 
 
Qeyd: Görüşün vaxtından 30 dəqiqə öncə şəxsiyyəti təsdiq edən sənədlə binaya yaxınlaşmağınız tələb olunur.