Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkilərinə start verilir.
 
UNEC-dən ”Azərbaycan müəllimi”nə bildirilib ki, seçkidə aşağıda qeyd olunan tələbə təşkilatları iştirak edəcək:
 
Tələbə-rektor;
Tələbə Elmi Cəmiyyəti;
İqtisadçı Vətənpərvərlər Təşkilatı;
UNEC Könüllüləri Təşkilatı;
Rəqəmsal Könüllülər Təşkilatı;
UNEC Future Club;
Cross-Cultural Club (“Beynəlxalq mədəniyyət klubu”).
 
 
Müəyyən olunmuş tələblərə cavab verən tələbələr 26 aprel - 06 may tarixləri arasında namizədlik üçün elektron qeydiyyatdan keçməlidirlər.
 
 
Qeydiyyatdan keçmiş namizədlər bacarıqlarının qiymətləndirilməsi məqsədilə 8–10 may tarixlərində ”Gənc İdarəçilər” imtahan müsabiqəsində iştirak edəcəklər.
İmtahandan uğurla keçən namizədlərin 13–23 may tarixlərində təbliğat-təşviqat kampaniyası keçiriləcək. Təbliğat kampaniyası üçün UNEC Radio, rəsmi sosial şəbəkələr və universitetin tədris binalarında yerləşən lövhələrində açıq elan ediləcək. 
 
Seçkilər 24 may, saat 08:00-18:00-dək tələbələrin şəxsi kabinetlərində onlayn səsvermə ilə təşkil olunacaq. Səsvermə prosesi UNEC-in rəsmi “Youtube” kanalında canlı yayımlanacaq.