Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın seçmə imtahanı təşkil olunub.
 
Kitabxanadan "Azərbaycan müəllimi"nə bildirilib ki, seçmə imtahana tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak edən əvvəlki illərdə respublika üzrə qalib olan şagirdlər dəvət alıblar. İki gün davam edən seçmə imtahanında şagirdlər hər gün üç açıq tipli sualı 4.5 saat müddət ərzində cavablandırıblar. Yekunda isə ölkəmizi təmsil edəcək komanda üzvləri bəlli olacaq.
 
Qeyd edək ki, Beynəlxalq Riyaziyyat Olimpiadası hər il bir ölkədə keçirilir. Builki olimpiada Böyük Britaniyanın Bat şəhərində keçiriləcək. Həmçinin beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanları Təhsil İnstitutunun müvafiq şöbəsi tərəfindən aparılır.