Bərdə Peşə Liseyində rayonda fəaliyyət göstərən 61 ümumi təhsil müəssisəsinin rəhbərləri üçün infotur təşkil edilib.
 
 
Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, liseyin maddi-texniki bazası ilə tanış olan qonaqlara liseydə tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilərək peşə təhsilinin perspektivləri və qarşıya qoyulan hədəflərdən danışılıb.