İnformatika fənni üzrə RFO-nun final turunda iştirak edəcək şagirdlər üçün ötən tədris ilinin sualları əsasında sınaq imtahanı keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, sınaq müsabiqəsi 24 aprel 2024-cü il tarixində saat 12:00-dan etibarən 48 saat ərzində aktiv olacaq. Müsabiqə əvvəlki tədris ilinin yarımfinal turunun sualları əsasında təşkil edilir.

Sınaq mərhələsində qeydiyyat və iştirak qaydaları haqqında məlumat əldə etmək üçün müvafiq keçidə daxil ola bilərsiniz:

https://codeany.org/az/news/rfo2022-2023-finals-trial

Qeyd edək ki, sınaq imtahanı final turunda iştirak hüququ qazanan məktəblilər üçün nəzərdə tutulsa da hər kəs iştirak edə bilər.

 

Sınaq rejimində olan yarışın nəticələri heç bir halda əsas yarışa təsir etmir və şagirdlərin əlavə təcrübə qazanmasına köməklik göstərmək məqsədi daşıyır.

Bütün iştirakçılara uğurlar arzu edirik!