Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin, eləcə də saytının (muallim.edu.az) fəaliyyətləri çərçivəsində regionlarda təhsillə bağlı yeniliklərin, tədbirlərin əlçatanlığının təmin edilməsi, regional təhsil xəbərlərinin operativ şəkildə əldə olunması, təhsil müəssisələri, müəllimlər və digər təhsil işçiləri ilə kommunikasiyanın təşkili məqsədilə təmsilçilərin seçiminə start verilir.
 
Tələblər
 
* ali təhsil;
* təhsil sahəsində bilik və bacarıqlarını inkişaf etdirməyə açıqlıq;
* təhsil sahəsində təcrübə;
* “Azərbaycan müəllimi” qəzetinin və saytının fəaliyyətlərinə qoşulmaq üçün təşəbbüskarlıq;
*  məsuliyyətlilik, həmçinin komandada işləmə, liderlik, idarəetmə, təhliletmə və kommunikasiya bacarıqları;
* sosial şəbəkələrdə aktivlik;
* media savadlılığı;
* operativlik və çeviklik; 
* Azərbaycan dilinin yazı qaydalarını yüksək səviyyədə bilmək;
* regiondakı müəllimlər, məktəb rəhbərləri, müvafiq təhsil strukturları ilə əməkdaşlıq və kommunikasiya qurmaq bacarığı;
* regional təhsil xəbərləri və baş verən yeniliklərdən məlumatlılıq.
 
Vəzifə və öhdəliklər
 
* “Azərbaycan müəllimi” qəzeti və saytını regionlarda layiqincə təmsil etmək və tanıtmaq;
* regionlarda istedadlı şagirdlərin müəyyən olunması və onların ictimaiyyətə tanıdılmasında “Azərbaycan müəllimi”nə dəstək göstərmək;
* regionlarda pedaqoji yazılar hazırlamağa həvəsi olan müəllimlərlə görüşmək və bu materialların “Azərbaycan müəllimi” qəzeti və saytında yayımlanmasına dəstək göstərmək;
* region təhsili ilə bağlı yeniliklərə dair məlumatları operativ şəkildə çatdırmaq;
* regionlarda “Azərbaycan müəllimi”nin tədbirlərinin təşkilinə dəstək olmaq.
 
Regionlar üzrə təmsilçilərin seçimi qeydiyyat və müsahibə olmaqla 2 mərhələdən ibarətdir. İlk mərhələni uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bundan əlavə, seçilmiş namizədlər “Azərbaycan müəllimi” qəzetinin regionlar üzrə məsul nümayəndələri kimi fəaliyyətlərinə görə qonorar alacaqlar.   
Müraciət üçün son tarix: 12 may saat 12:00.
 
Qeydiyyat linki: https://shorturl.at/gnqFR
 
Hər hansı sualınız yaranarsa, [email protected] elektron poçt ünvanına yaza bilərsiniz.
 
“Azərbaycan müəllimi” qəzeti sizi 90 illik tarixinin bir parçası olmağa və təhsilimizi birgə inkişaf etdirməyə səsləyir!