Müzakirələrə səbəb olan məsələyə aydınlıq gətirildi


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidməti bu ali məktəbin tələbələri tərəfindən təkmilləşdirilən çanta barədə Xəzər TV-nin hazırladığı “ağıllı çanta” haqqında süjetin  sosial şəbəkələrdə müzakirələrə səbəb olması ilə bağlı məsələyə aydınlıq gətirib. Universitetdən verilən məlumatda qeyd olunur ki, həmin çanta Çindən sifariş olunub. Standart vəziyyətdə yalnız günəş batareyası sayəsində enerji yığmağa qadir olan çanta gənclər tərəfindən təkmilləşdirildikdən sonra sürtünmə qüvvəsindən və ayaqqabıların hərəkətindən yaranan enerjini də akkumulyasiya etmək səviyyəsinə çatdırılıb. Bundan əlavə, daha üç funksiya  - çantanın oğurlanmasına qarşı siqnalizasiya sistemi, mobil əplikeyşn və işıq kimi xəbərdaredici funksiyalar da əlavə edilib. Bir daha vurğulamaq istərdik ki, çanta Çin istehsalıdır və süjetdə çantanın üzərindəki loqo da bunu təsdiqləyir. Tələbələr Çindən sifariş etdikləri çantanı ona yeni funksiyalar əlavə etməklə təkmilləşdiriblər. Xəzər TV-nin hazırladığı süjetdə yuxarıda sadalananlar aydın şəkildə qeyd olunub. Süjetdə tələbələrin “ağıllı çanta” istehsal etdiklərindən deyil, onun fuksiyalarından bəhs edilib. Bəzi saytların, eləcə də sosial şəbəkə istifadəçilərinin ADNSU tələbələrinin bu layihəsini guya şəxsi ixtiraları kimi təqdim etməsi haqqında yazılanlar həqiqəti əks etdirmir.

 

Yusif ƏLİYEV