Britaniya Şurası (British Council Azerbaijan) təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, SABAH qrupları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “Mədəniyyət və İnkişaf" istiqaməti üzrə “Unlimited” layihəsi çərçivəsində fiziki imkanları məhdud olan və olmayan tələbələrin iştirakı ilə “Bir Günəş altında" adlı tamaşa hazırlayıb.