Abşeron rayon Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbində yazıçı-dramaturq Elçin Hüseynbəyli ilə görüş keçirilib.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Aysel Tahirova tərəfindən  verilən məlumata görə, tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

 

Öncə tədbir iştirakçılarına yazıçı-dramaturq Elçin Hüseynbəylinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

 

 Elçin Hüseynbəyli şagirdlərə tələbəlik illəri və yaradıcılığı barədə  ətraflı  danışıb, həm də onları maraqlandıran sualları cavablandırıb.

 

Tədbirdə şagirdlər yazıçının “Nəvə” hekayəsindən səhnələşdirdikləri bir hissəni təqdim ediblər.

 

Sonda qonaq məktəbin xatirə albomuna görüşlə bağlı təəssüratlarını qeyd edib.

 

Şakir CƏFƏROV