“Məktəblinin Dostu” layihəsi tərəfindən kinematoqrafiya sahələrinin yuxarı sinif şagirdləri arasında təbliği məqsədilə 15 fevral tarixindən başlayan “Kinematoqrafçı” layihəsinin bağlanış tədbiri keçirilib. 
 
Tədbir 276 saylı tam orta məktəbdə layihə iştirakçıları və təlimçi müəllimlər, məktəb heyəti və valideynlərin iştirakı ilə baş tutub. Layihə müddətində ideyanın formalaşması, rejissorluq, operatorluq və aktyorluq sənətinin əsasları mövzularında təlimlər keçirilib və mütəxəssislər bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə öz tövsiyələrini veriblər. 
 
Qeyd edək ki, layihə tərkibindəki müxtəlif məktəblərdən 70 nəfər şagirdin iştirak etdiyi "Kinematoqrafçı" layihəsi Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunları: 30-dan artıq sənədli filmiin müəllifi Asif Qəhrəmanov, kinorejissor Məzahir Həşimov və gənc rejissor Amil Məmiyev tərəfindən aparılıb.
 
1-ci yer 61 saylı tam orta məktəbin X b sinif şagirdi Ələsgərov Ruslan, 2-ci yer 12 saylı tam orta məktəbdən IX b sinif şagirdi Əhmədzadə Seymur və 317 saylı tam orta məktəbdən XI b sinif şagirdi Məmmədova İlahə 3-cü yerə 12 və 14 saylı tam orta məktəbin şagirdləri Kərimov Azər (X d) və Yusubov Abbas (XI a)  layiq görülüblər.
 
 
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun X qrant müsabiqəsi çərçivəsində təmin edilmiş maliyyə dəstəyi ilə ərsəyə gəlib.