Bakı Mühəndislik Universitetində Qadınlar Şurasının təsis konfransı keçirilib. Konfransda universitetin rəhbər heyəti ilə yanaşı qadın əməkdaşlar və tələbələr də iştirak edib. Universitetin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayaraq, qadının ailədə və cəmiyyətdəki rolundan danışıb. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün Azərbaycan tarixində ilk dəfə olaraq qadın problemləri üzrə Dövlət Komitəsi yaradıb. Bu gün də ölkəmizdə Prezident İlham Əliyev tərəfindən  qadınlara xüsusi diqqət və qayğı göstərilir. Gənc universitet olan Bakı Mühəndislik Universitetində də Qadınlar Şurasının təsis edilməsində əsas məqsəd universitetimizdə təhsil alan tələbə qızların, habelə burada çalışan professor-müəllim, işçi və qulluqçu qadınların iş, əmək və sosial məsələlərinin həllində onlara kömək etmək və qayğı göstərməkdir.

 

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyibə Hüseynova və universitetin həmkarlar təşkilatının sədri Həzi Qasımov çıxış edərək qadının gənc nəslin təlim-tərbiyəsində, ölkənin ictimai-siyasi həyatındakı rolundan və dövlətin həyata keçirdiyi qadın siyasətinin müsbət nəticələrindən danışıblar.

  

Sonda 9 nəfərdən ibarət universitetin qadınlar şurası təsis edilib. BMU Dillər məktəbinin direktoru dosent Ətrabə Gül səsvermə yolu ilə şuranın sədri seçilib.