Paytaxt və bölgələrimizin bir çox məktəbi şagirlərdə mütaliəyə maraq yaratmaq, ədəbiyyatı sevdirmək məqsədilə yazıçılarla ədəbi görüşlər təşkil edir, məktəblilərə yaradıcılığını izlədiyi müəlliflərlə canlı ünsiyyət şəraiti yaradır. Belə ədəbi görüşlərdən biri Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə yazıçı Elçin Hüseynbəyli ilə keçirilib.