Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) baytarlıq təbabəti və zoomühəndislik fakültəsində yeni zelandiyalı mütəxəssis, doktor Brain Milestone semestrin əvvəlindən praktiki dərslər aparır,  müəllim və tələbələrə təqdimat edir.

 

Layihə çərçivəsində xarici mütəxəssisin tələbələrlə birlikdə ölkəmizin heyvandarlıq təsərrüfatlarına səfəri də nəzərdə tutulub. Odur ki, aprel ayının  5,6,7-də baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı Telman İsgəndərovun və doktor Brainin iştirakı ilə baytarlıq ixtisası 3-cü kurs tələbələrinin (9 nəfər) İsmayıllı rayonu İvanovka kəndindəki Nikitin adına kolxoza və Qəbələ rayonu "Gilan Holdinq Aqrar Kompleks MMC"-yə səfəri təşkil olunub.