Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbə Zahir Bağırov adına tam orta məktəbdə coğrafiya müəllimi Günay Əhmədovanın təşkilatçılığı ilə “Coğrafiya gecəsi” keçirilib.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mikayıl Mikayıllının verdiyi məlumata görə, öncə Dövlət himni səsləndirilib. Sonra məktəbin direktoru Kamal  Musayev coğrafiya gecəsinin təşkilinin şagirdlərin bu fənnə marağının artmasına və onu daha yaxşı mənimsəmələrinə təkan verəcəyinə əminliyini ifadə edib. 

 

Tədbirdə coğrafiya  fənninə aid slaydlar təqdim olunub. 

 

Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Şakir CƏFƏROV