Ombudsman şagirdlərin sosial şəbəkələrdə monitorinqini keçirəcək


"Rusiyanın gənc hüquqşünasları"  ictimai təşkilatı  ölkə ərazisində məktəb ombudsmanları institutunun yaradılması  təklifi ilə çıxış edib. Təşəbbüs  layihəsi RF İctimai palatasına təqdim edilib. ​Qeyd olunur ki,  bu institutun konsepsiyası insan hüquqları üzrə  səlahiyyətli şəxsin (ombudsman)  vəzifəsinə oxşar olacaq. Məktəb ombudsmanları  Rusiyanın ən böyük regionlarının bir sıra məktəblərində  yuxarı sinif şagirdləri arasından səsvermə yolu ilə seçiləcək.


İdeya müəlliflərinin fikrincə,  məktəb ombudsmanı  sosial şəbəkələrdə məktəblilərin hesablarının monitorinqini keçirəcək,  internetdən asılılığı olan  uşaqları aşkar edəcək və bu məsələlər üzrə məktəb administrasiyası və polislə birgə işləyəcək.  Bundan başqa, o yaşıdları ilə  ünsiyyətdə  problemlər yaşayan yeniyetmələrə kömək etməlidir.
 

Oruc MUSTAFAYEV