Təhsil TV "Məktəblilər üçün oxu" layihəsi çərçivəsində növbəti buraxılışını təqdim edir. Uşaq yazıçısı Vüqar Haqverdiyev məktəblilərə müəllifi olduğu “Sehrli planşet” nağılını oxuyub. Layihə Günəş ARB telekanalından həftənin hər şənbə günü saat 18:30-da yayımlanır.