Koreyanın Azərbaycandakı konsulu Chon Sunseok muxtar respublikaya rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov qonağı salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Prorektor konsula universitetin strukturu, maddi-texniki bazası, mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib. Cənubi Koreya mərkəzində olan qonağa məlumat verilib ki, 2012-2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dilini öyrədən kurslar açılıb. Bildirilib ki, Mərkəzin müasir informasiya texnologiyaları, Koreya di­lin­də ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır. Mərkəzdə Koreyanın dövlət atributları, milli musi­qi alətləri, eyni zamanda, ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasi­tə­­ləri toplanıb. Diqqətə çatdırlıb ki, Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş mərasimlər keçirilir.

 

Konsul mərkəzdə dil öyrənən tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb.

 

Qeyd edək ki, artıq mərkəzdə  30 nəfər tələbə dil öyrənir və kurslar həftədə iki dəfə olmaqla keçirilir. Konsul Koreya Təhsil Nazirliyi tərəfindən mərkəzin fəaliyyətinə  göstərilən maddi dəstəyi mərkəzin nümayəndəsinə təqdim edib.