Regional təlim keçirilib

Sabirabad şəhər 1 nömrəli tam orta məktəbdə psixoloji-tibbi-pedaqoji komissiyaların üzvlərinin iştirakı ilə regional  təlim keçirilib. Təlimdə Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi Idarəsi xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov, Sabirabad, Saatlı, İmişli, Beyləqan təhsil şöbələrinin rəhbərləri və adları qeyd olunan təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların nümayəndələri iştirak ediblər.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi  Xalid Nəciyevin verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd psixoloji-tibbi-pedaqoji komissiyaların işlərinin keyfiyyətinin və onların kompetensiyalarının artırılmasıdır.

 

Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsil ehtiyaclarının ödənilməsi ilə bağlı hesabatlara baxış keçirilib, qarşıya çıxan problemlər müzakirə olunub və tövsiyələr verilib. Qruplar tərəfindən sağlamlıq imkanları məhdud olan şəxs barəsində təqdimatlar hazırlanıb.

 

Şakir CƏFƏROV



14.05.2018 | 10:21