Köhnəqışlaq kənd tam orta məktəbi istifadəyə verilib

Ağstafa rayon Köhnəqışlaq kəndində, Ermənistanla 3 km məsafədə yeni məktəb binası istifadəyə verilib. 

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyevanın  verdiyi məlumata görə, məktəbin açılışında  rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.

 

Köhnəqışlaq kənd tam orta məktəbi 9 sinif otağı, 2 laboratoriya, akt zalı, yeməkxana, kitabxana və oxu zalı, informatika kabineti,  idman zalından ibarətdir. Məktəbdə 110 şagirdin təhsil alması  nəzərdə tutulub.

 

Şakir CƏFƏROV

 



14.05.2018 | 12:05