Çağırışaqədərki hazırlıq üzrə dərs nümunəsi

                          

Fənn: Çağırışaqədərki hazırlıq X sinif

Mövzu: Hərbi hissənin Döyüş Bayrağı.

Standart: 1.1.1.Dövlət və  hərbi  atributları tanıyır, onları  şərh  edir.

1.2.1.Azərbaycan   Respublikasının  Konstitusiyası  və  digər qanunvericilik  aktlarının  hərbi  xidmətə aid  müddəaları üzrə təqdimat  edir.

Dərsin  məqsədi:

1. Hərbi   hissənin Döyüş Bayrağını tanıyır, Azərbaycan  Respublikası  Silahlı   Qüvvələri  Hərbi   hissəsinin  Döyüş Bayrağı haqqında Əsasnamənin əsas müddəalarını şərh edir.

2. Ümumqoşun nizamnamələri üzrə “Hərbi  hissələrə döyüş  bayraqları verilməsi  qaydası” haqqında Əsasnamənin əsas müddəaları, hərbi  hissənin   Döyüş   Bayrağının  sırada  vəziyyəti, onun  çıxarılması  və  aparılması  qaydası  üzrə təqdimat   edir.

Dərsin  metodu: interaktiv

Dəsin tipi: induktiv

Resurslar: Dərslik, MMV, Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri   hərbi   hissəsinin       Döyüş   Bayrağı haqqında  Əsasnamə. Ümumqoşun nizamnamələri, kompüter,  proyektor,  iş  vərəqləri.

İş forması: kollektiv və kiçik qruplarla iş.

İş  üsulu: nümayiş, müsahibə, əqli  hücum, təqdimat, kitab  üzərində  iş, Venn  diaqramı.

İnteqrasiya:

Fəndaxili:   1.1.1. Dövlət   Bayrağı   ilə  Döyüş  Bayrağını müqayisə edir.

Fənlərarası: Azərbaycan   tarixi: 1.1.1. Mənbələr əsasında   Azərbaycanda Döyüş  Bayrağının tarixinə   aid   təqdimat  edir.

Qeyd: dərs tam təchizatlı   multimedia kabinetində aparılır.

Dərs  fənn  kabinetinin qarşısında bir cərgəli  sıra  önündə  taqım   komandirinin  hərbi rəhbərə   raportu  və salamlaşma ilə başlanır. Şagirdlər taqım komandirinin  komandası ilə  sinfə daxil olub  yerlərini  tuturlar. Sonra hərbi  rəhbər şagirdlərin  soyadını oxumaqla davamiyyəti  yoxlayır, dərsdə   iştirak etməyənlərin qeydiyyatını   aparır.

Dərsin gedişi

Motivasiya: İlk   öncə   şagirdlərə Azərbaycan  Respublikasının   Prezidenti İlham Əliyev tərəfindən FHN MMQ-na Döyüş Bayrağını təqdim  edilməsinə dair videosüjet təqdim  edilir. Şagirdlər  dərsin   mövzusu   haqqında   ilkin bilgi   əldə   edərək onu  müəyyənləşdirirlər:

“Hərbi hissənin döyüş  bayrağı”

Dərsdə həll ediləcək problemi-tədqiqat sualını formalaşdırmaq  üçün PPT və  World   proqramlarında   hazırlanmış  resurslar   ekranda  qismən canlandırılmaqla kiçik  müsahibə  aparılır,   şagirdlərin   fəal   iştirakı   ilə  tədqiqat   sualı   formalaşdırılır.

Tədqiqat  sualı:  Döyüş  Bayrağı  nədir, kimlərə  verilir, necə  saxlanılır və mühafizə olunur?

Tədqiqatın  aparılması: Tədqiqatın aparılması məqsədilə şagirdlər 2 kiçik qrupa-manqaya bölünür, onlara fərdi tapşırıqlar verilir.

Qrupların tapşırıqları

I. “Bayraqdar” qrupu:

1. Döyüş Bayrağı haqqında  Əsasnamə  nə vaxt, hansı orqan tərəfindən  təsdiq  olunub?

2. Döyüş Bayrağı haqqında Əsasnamədə hansı məsələlər əhatə olunmuşdur?

3. Döyüş Bayrağı  nədir,  kimlərə verilir?

4. Döyüş Bayrağını kimlər təqdim edir?

II. “Saatdar”  qrupu:

1. Döyüş  Bayrağının  saxlanma   qaydaları  hansılardır?

2. Döyüş   Bayrağı  kimlər tərəfindən, necə  mühafizə  olunur?

3. Döyüş   Bayrağı ilə  əlaqədar  hərbi   qulluqçular  hansı  məsuliyyət   daşıyırlar?

4. Döyüş Bayrağının itməsi nə ilə nəticələnir?

İnformasiya mübadiləsi: Bu mərhələdə hər qrupda şagirdlər verilmiş  tapşırıqlarla   əlaqədar   fikir   mübadiləsi   aparır, cavabları  dərslik və    internetdən seçdikləri  nümunələrlə zənginləşdirərək tapşırıqlara  uyğun elektron  təqdimatlar  hazırlayırlar.

İnformasiyanın  müzakirəsi: Bu   mərhələdə hazırlanmış hər üç   elektron  təqdimat   ekranda nümayiş   etdirilməklə   müzakirə   olunur, ümumi   nəticə əldə edilir. Tədqiqat  sualı geniş  şəkildə   tam   cavablandırılır, şagirdlər Döyüş   Bayrağının   mahiyyətini  tam  dərk  edərək  dəyərləndirirlər:

“Döyüş  Bayrağı - əsgəri  şərəf, şücaət   və   şöhrət  rəmzidir”.

Yaradıcı  tətbiqetmə: Şagirdlər  dərslik  üzərində  işləməklə Döyüş   Bayrağını  digər  hərbi atributlar, eləcə də Dövlət  Bayrağı ilə  müqayisə  edərək   onların oxşar  və  fərqli  cəhətlərini də  müəyyənləşdirirlər. Bu mərhələdə Venn  diaqramından istifadə  edilir, şagirdlərə mövzu  ilə bağlı test tapşırıqlarından ibarət iş vərəqləri də təqdim olunur.

İş vərəqi № 1

1. Döyüş Bayrağı hər bir əsgər üçün nədir?

2. Hər   bir   hərbi   hissənin   neçə   bayrağı   ola   bilər?

A) 1 

B) 2   

C) 3   

D) istənilən qədər

3. Döyüş   Bayrağının   itirilməsi   nə  ilə   nəticələnir?

A) yeni  bayraq  verilir

B) cərimə ödənilir

C) hərbi  hissə  ləğv  edilir

D) hərbi  hissə   başqasına   birləşdirilir.

4. Döyüş Bayrağı nələrdən ibarətdir?

5. Döyüş   Bayrağının   hansı   tərəfində   hərbi   hissənin   nömrəsi  yazılır?

A) sol   

B) sağ    

C) ağac   dəstəkdə   

D) qotazın   üstündə

İş  vərəqi  №2

1. “Azərbaycan  uğrunda!” sözləri    bayrağın    hansı   zolağının   üstündə   yazılır?

A) qırmızı 

B) yaşıl 

C) mavi 

D) heç birində

2. Döyüş   Bayrağının   sırada   vəziyyəti    hansı    Nizamnamə   ilə   müəyyən  edilir?

A) intizam     

B) daxili   xidmət    

C) sıra  

D) qarovul-qarnizon

3. Döyüş Bayrağının  ölçüləri   neçədir?

A) 270x285 sm 

B) 114x145  sm

C) 120x150sm  

D) 100x 220 sm

4. Döyüş    Bayrağı   kənara    çıxarıldıqda  kim   tərəfindən   mühafizə edilir?

A) saatdar

B) gün növbətçisi  

C) qarovul

D) bayraq  tağımı

5. Təlimlərdə  Döyüş Bayrağı    harada saxlanılır?

A) hissənin  qərargahında    

B) talvar   altında 

C) təlim   mərkəzində

D) hissə komandirinin göstərdiyi yerdə

Ümumiləşdirmə  və  nəticə: Təqdimatlar   dinlənilərək   ümumiləşdirilir  və  nəticə   çıxarılır: 

Əsgəri   şərəf, şücaət və  şöhrət  rəmzi   olan   Döyüş   Bayrağı  hər   bir  hərbi   qulluqçuya  Vətəninə  sədaqətlə   xidmət  etmək, öz qanını və canını əsirgəmədən  onu   mərdlik və  bacarıqla  müdafiə etmək, doğma  torpağın  hər  qarışını   düşməndən  qorumaq   borcunu  xatırlatmaq   üçündür.

Qiymətləndirmə: Formativ qiymətləndirmə  aşağıdakı   meyarlar   üzrə   aparılır:

Şərhetmə,

Təqdimatetmə

 

I  səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Azərbaycan Respublika-   sı Silahlı Qüvvələri hərbi   hissəsinin  Döyüş   Bayrağı haqqında Əsasnamənin   əsas  müddəalarını  şərh et-məkdə  çətinlik  çəkir.

Azərbaycan Respublika-   sı Silahlı Qüvvələri hərbi   hissəsinin  Döyüş   Bayrağı haqqında Əsasnamənin   əsas  müddəalarını müəllimin   köməyi  ilə şərh edir.

Azərbaycan Respublika-   sı Silahlı Qüvvələri hərbi   hissəsinin  Döyüş   Bayrağı haqqında Əsasnamənin   əsas  müddəalarını ,əsasən, şərh edir.

Azərbaycan Respublika-   sı Silahlı Qüvvələri hərbi   hissəsinin  Döyüş   Bayrağı haqqında Əsasnamənin   əsas  müddəalarını  şərh edir.

“Hərbi  hissələrə  döyüş  bayraqları  verilməsi                              qaydası  haqqında   Əsasnamə”nin  əsas  müddəaları, hərbi  hissənin  Döyüş   Bayra- ğının  sırada  vəziyyəti, onun  çıxarılması   və                                                                                                      aparılması  qaydası   üzrə çətinliklə təqdimat   edir.

“Hərbi  hissələrə  döyüş  bayraqları  verilməsi                              qaydası  haqqında   Əsasnamə”nin  əsas  müddəaları, hərbi  hissənin  Döyüş   Bayra- ğının  sırada  vəziyyəti, onun  çıxarılması   və                                                                                                      aparılması  qaydası   üzrə  qismən  təqdimat   edir.

“Hərbi  hissələrə  döyüş  bayraqları  verilməsi                              qaydası  haqqında   Əsasnamə”nin  əsas  müddəaları, hərbi  hissənin  Döyüş   Bayra- ğının  sırada  vəziyyəti, onun  çıxarılması   və                                                                                                      aparılması  qaydası   üzrə,əsasən, təqdimat   edir.

“Hərbi  hissələrə  döyüş  bayraqları  verilməsi                              qaydası  haqqında   Əsasnamə”nin  əsas  müddəaları, hərbi  hissənin  Döyüş   Bayra- ğının  sırada  vəziyyəti, onun  çıxarılması   və                                                                                                      aparılması  qaydası   üzrə təqdimat   edir.

 

 

Ev  tapşırığı:

1. İnternetdən və   tarixi   mənbələrdən istifadə etməklə   “Azərbaycanda   döyüş  bayraqlarının  tarixi”  mövzusunda elektron (və  ya   yazılı)  təqdimat  hazırlamaq.

2. Dərsliyin  25-ci   səhifəsindəki  “sual və tapşıriqlar” bölməsindəki 1 və 5-ci sualları  cavablandırmaq.

 

Rəfail ƏLİYEV,

Şirvan  şəhəri S.Hüseynov adına  1 nömrəli  tam orta  məktəb-xüsusi  istedadlı şagirdlər liseyinin çağırışaqədərki hazırlıq rəhbəri, Əməkdar müəllim



09.02.2018 | 11:30