“Əbədiyaşar lider”

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Balakən məktəbliləri arasında keçirilən “Əbədiyaşar lider” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub.

 

Balakən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vüsalə Bədəlovanın  verdiyi məlumata görə, rayon təhsil şöbəsi,  gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 şagird iştirak edib.

 

Müsabiqəyə təqdim edilən yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılıb. Yekunda Mahamalar kənd tam orta məktəbinin şagirdi Lalə Omarova, Qaravəli kənd məktəbinin şagirdi Mehranə Əzizova və Qullar kənd 2 nömrəli tam orta məktəbinin şagirdi Günay Kaltayevanın yazıları ən yaxşı inşa yazı hesab olunub.

 

Müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.

 

Şakir CƏFƏROV

 



27.05.2018 | 12:24