İsmayıllıda uşaq günü qeyd olunub

İsmayıllı Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 1 iyun tarixində Günəş istirahət mərkəzində   “Uşaqlar sevinsin həmişə!  “adlı tədbir keçirilib. Rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin uşaqları, ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdlərinin   iştirak etdikləri tədbir  bir-birindən maraqlı çıxışlarla izləyənləri valeh edib. Uşaqların ifasında təqdim olunan şeirlər, mahnılar, səhnəciklər, rəqslər alqışlarla qarşılanıb. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, rayon təhsil şöbəsinin müdiri Rasim Orucov,  gənclər və idman idarəsinin müdiri Taleh Salehov, uşaq və ailələrə dəstək mərkəzinin müdiri Lətifə Əliyeva, uşaq poliklinikasının baş həkimi Vidadi Rəhimov iştirak ediblər. Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova uşaqları təbrik edib.

 

Tədbirin sonunda məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan  bir qrup uşağa rayon təhsil  şöbəsi tərəfindən “Məktəbəhazırlıq dövrünü müvəffəqiyyətlə başa vurduqlarına görə” tərifnamə və hədiyyələr təqdim olunub. Daha sonra   uşaqlar  onlar üçün hazırlanmış bayram  tortunu kəsiblər, müxtəlif atraksionlarda  əyləniblər.

                                                                                                                                                          



04.06.2018 | 18:49