Blokçeyn təhsili dəyişə bilərmi?

Avropa komissiyasının "Joint Research Centre" (JRC) tədqiqat mərkəzi "Təhsildə blokçeyn" məruzəsini təqdim edib. Məruzədən "Blokçeyn təhsilə necə təsir edə bilər?" hissəsini oxuculara təqdim edirik.

1. Blokçeyn kağızın istehlakını azaldacaq. Blokçeyn yazıları uzun müddətə və təhlükəsiz saxlamağa, etibarlı sertifikatlar və mükafatlar təqdim etməyə, bütün həyat boyunca təhsil uğurlarını izləməyə imkan verir.

2. Sertifikatların həqiqiliyinin yoxlanması üçün akkreditə təşkilatına ehtiyac qalmayacaq. Sorğu əsasında universitetdən diplomun təsdiq olunmuş  surətini (təhsilin və ya dərəcənin olub-olmamasını) istəmək  lazım gəlməyəcək. Texnologiyalar sayəsində intellektual mülkiyyət məsələləri həll ediləcək. Blokçeyn nəzarətedici orqanın iştirakı olmadan ilkin nəşrləri və sitatları izləməyə kömək edəcək. Bu, həmçinin müəllifə  sitat gətirilmiş  elmi işinə görə  avtomatik olaraq qonarar almağa imkan verəcək.

3. Təhsil müəssisələri pula qənaət edəcək. Bir halda ki, zəncirin iştirakçıları mülkiyyətə və məlumatlara nəzarət etmək hüququna malikdirlər, tədris müəssisələri məlumatların saxlanması ilə bağlı olan xərcləri azaldacaqlar.

4. Blokçeyn əsasında kriptovalyutalar  təşkilatlarda ödəmə sistemlərini sadələşdirəcək. Maliyyə vasitələrinin alınmasına razılıq üçün həftələrlə gözləmək lazım olmayacaq. Bu, ərizənin  verilməsindən sonra bir anda mümkün olacaq. İstifadəçi kriptovalyutalar  qrantların ayrılması üçün də istifadə edilə bilərlər.

 

Oruc MUSTAFAYEV



13.02.2018 | 15:55