Təhsil TV: "Təməl" - "eTwinning Plus"-la əməkdaşlıq
Azərbaycan 2013-cü ildən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə çərçivəsində Azərbaycandan indiyədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 742 layihə həyata keçirilib. Müəllimlər bu layihə üzrə həm onlayn, həm də Avropanın müxtəlif ölkələrində təşkil olunan konfrans, təlim və əlaqələndirici seminarlarda iştirak edərək beynəlxalq sertifikat əldə edir, peşəkar istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirir, beynəlxalq təcrübəni öyrənmiş olurlar.
 
“Təməl” verilişində “eTwinning Plus” layihəsinin Azərbaycan üzrə baş koordinatoru Fidan Nəcəfova və “eTwinning Plus” layihəsinin Azərbaycan üzrə səfiri Ofeliya Qafarova layihə haqqında geniş məlumat veriblər.


09.06.2018 | 17:11