Lənkəran Dövlət Humanitar Kollecində təcrübənin yekun konfransı

İyunun 8-də Lənkəran Dövlət Humanitar Kollecində buraxılış kurs tələbələrinin diplomqabağı təcrübələrinin yekun konfransı keçirilib. Tədbiri açan kollecin direktoru, dosent Ruslan Həmidov təcrübələrin əhəmiyyəti, mütəxəssis hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək builki təcrübələrdə qazanılan uğurlar və müşahidə edilən nöqsanlardan danışıb.

 

Kollecin təcrübə rəhbəri Sevər Əhmədova təcrübələr zamanı şəkilmiş materiallardan hazırlanan videomaterialları nümayiş etdirib. Bildirib ki, kollecin “Texnologiya müəllimliyi”, ”Təsviri incəsənət müəllimliyi”, ”Fiziki tərbiyə müəllimliyi” ixtisaslarının tələbələri Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb liseydə, “Arxiv işi və kargüzarlıq” ixtisasının tələbələri Azərbaycan Respublikasının Dövlət Arxivinin Lənkəran filialında, “Muhasibat uçotu” ixtisasının tələbələri 15 saylı ərazi maliyyə hesablaşma mərkəzində, “Kitabxana informasiya təminatı” ixtisasının tələbələri Lənkəran rayon mərkəzi kitabxanasında, musiqi ixtisasları üzrə tələbələri Cəfər Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli uşaq musiqi məktəbində təcrübədə olublar.

 

Metodist müəllimlərdən Nərminə Həbibova, Esmira Çükürova, Qətilə Şükürova, Validə Məmmədova çıxış edərək təcrübələrin mütəşəkkil keçirilməsinə və təcrübəçilərin normal nəzəri biliklərə malik olduqlarına görə kollec rəhbərliyinə,  eləcə də təçrübələrin normal təşkili üçün müvafiq şərait yaradan müəssisə rəhbərlərinə təşəkkürünü bildiriblər.

 

Konfransda təcrübəçi tələbələrdən bir neçəsi söz alaraq təəssüratlarını bölüşüblər. 



11.06.2018 | 14:21