Süni intellekt şəklə əsasən üçölçülü səhnə yaradıb

Böyük Britaniyanın “DeepMind” şirkəti ikiölçülü şəkilə əsasən üçölçülü mühit təqdim etmək imkanına malik neyron şəbəkə hazırlayıb.

 

naked-science.ru saytının məlumatına görə, sistem “Generative Query Network (GQN)” adlanır. Süni intellektə təhlil etməyi öyrətmək üçün ona ərazinin müxtəlif bucaqlarından bir səhnənin təsvirləri təqdim edilib. Şəbəkə bu şəkilləri obyektlərin necə dəyişdiyini anlamaq və onların müxtəlif rakurslardan necə görünəcəyini proqnozlaşdırmaq üçün istifadə edib. Sistem həmçinin teksturları və işıqlandırmanı nəzərə alıb.

 

Komanda üzvlərindən Danilo Rezende bildirib ki, alqoritm insanlar kimi öyrənir. Bir neçə dəfə eyni obyekti gördükdə onun xarakteristikalarını təhlil edir, yadda saxlayır və onları təkrar qarşılıqlı təsir zamanı istifadə edir. Onun sözlərinə görə, süni intellekt daxildən çəkilmiş bir neçə şəkli skan edərək bütöv labirinti təkrar canlandırmaq imkanına malikdir. 

 



20.06.2018 | 13:29