ADPU məzunlarını yola saldı

İyunun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) məzun gününə həsr edilmiş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, məzunlara gələcək həyatlarında və müqəddəs müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb, onların gələcəkdə müstəqil ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

 

Rektor bildirib ki, bu il ADPU-nu əyani təhsilalma forması üzrə  1704, qiyabi təhsilalma forması üzrə isə 179 nəfər (cəmi 1883 nəfər) məzun bitirir. ADPU-nun Ağcabədi filialını əyani təhsilalma forması üzrə  79, qiyabi təhsilalma forması üzrə isə 11 nəfər (cəmi 90 nəfər), Cəlilabad filialını əyani təhsilalma forması üzrə 81, qiyabi təhsilalma forması üzrə isə 23 nəfər (cəmi 104 nəfər), Şəki filialını əyani təhsilalma forması üzrə 239 nəfər, Şamaxı filialını əyani təhsilalma forması üzrə 79, qiyabi təhsilalma forması üzrə isə 16 nəfər (cəmi 95 nəfər), Quba filialını əyani təhsilalma forması üzrə 110, qiyabi təhsilalma forması üzrə  isə 26 nəfər (cəmi 136 nəfər) məzun bitirir. Ümumilikdə bu il ADPU-nun 5 filialından 664 nəfər məzun olur. Cari ildə universitetin magistraturasını 23 ixtisas, 25 ixtisaslaşma üzrə 401 nəfər magistr bitirir. Bu il ADPU-nun SABAH qruplarının 2 ixtisas üzrə 27 nəfər məzunu olur.        Universiteti bakalavriat səviyyəsi üzrə 19, magistratura səviyyəsi üzrə isə 4 nəfər (cəmi 23 nəfər) əcnəbi tələbə bitirir.

 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK)  əyani təhsilalma forması üzrə 495, qiyabi təhsilalma forması üzrə isə 83 nəfər (cəmi 578) məzunu diplom alır. Bütövlükdə bu il ADPU-nu filiallar və ADPK ilə birlikdə  3576 nəfər  bitirir. 

 

Tələbə Gənclər Təşkilatının sədri Taleh Budaqov akamedik göstəriciləri yüksək olan və sosial fəallığına görə xüsusi fərqlənən məzunlar haqqında məlumat verib, onlara plaketlər təqdim edilib.

 

Tədbir məzun-gənclərin hazırladıqları bədii-musiqili kompozisiya və tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

 



28.06.2018 | 12:29