Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olublar

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları-meyvəçilik kafedrasının professoru Sergey Çumakov, elm şöbəsinin müdiri Arkadiy Moiseyev, heyvandarlığın mexanikləşdirilməsi kafedrasının dosenti Denis Sısoyev və "Qamma Plyus" kənd təsərrüfatı müəssisəsinin həmtəsisçisi Vyaçeslav Olifirenko Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər.

 

Səfərin məqsədi ADAU ilə yaxından tanışlıq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim və tələbələrin mübadiləsi, birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsidir. Müzakirə olunan məsələlərdən biri də 2018/2019-cu tədris ilindən etibarən ADAU-da bakalavriat səviyyəsində "bağçılıq və tərəvəzçilik" ixtisası üzrə mütəxəssis hazırlığında əməkdaşlıqdır.



01.08.2018 | 12:03