İdmançılarımız beynəlxalq turnirdə üç medal qazanıb

Batutçularımız Batumidə keçirilən “Ajara Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.

 

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə 15-16 yaşlı gimnastların yarışında Selcan Maqsudova 85,100 xalla gümüş medal qazanıb.

 

Həmçinin 11-12 yaşlı oğlanların yarışında isə Hüseyn Abbasov qızıl (89,675 xal), Maqsud Maqsudov bürünc (82,965 xal) medallara sahib olublar.

 

Sevindirici haldır ki, yeniyetmələrimizin idmanın bu növündə də beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər hamımızın həddsiz sevincinə səbəb olur.

                                                  

Sifai SƏFƏROVA

 



25.08.2018 | 13:27