Səkkiz yaşlı gimnastımızın növbəti medal sevinci

Budapeştdə XVII ənənəvi “Gracia” kuboku uğrunda yarışlar başa çatıb. Macarıstan, ABŞ, Kanada, Rusiya, Ukrayna, Azərbaycan, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Koreya Respublikası və Braziliyanın milli yığmaları bu kubok uğrunda  mübarizəyə qatılıblar. Sevindirici haldır ki, əvvəlki turnirlərdə Macarıstan bayrağı altında çıxış edən 8 yaslı həmyerlimiz Mina Abbasova   bu mötəbər yarışda  Azərbaycanı təmsil edib. O,çoxnövçülük yarışlarında öz rəqiblərini  böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan komandasına  qızıl medal qazandırıb. Növbəti 2-ci və 3-cü yerlərə  ukraynalı və  rusiyalı gimnastlar  sahib olublar.

   

Qeyd edək ki,  Mina Abbasova 2010-cu ildə Bakıda anadan olub. O, beş yaşından idmanın gimnastika növü ilə məşğul olur.Hazırda valideynlərinin işi ilə əlaqədar müvəqqəti olaraq  Budapeştdə yaşayır. Səkkiz yaşlı idmançı  iştirak etdiyi bütün beynəlxalq  turnirlərdə  parlaq qələbələri ilə yadda qalıb.  Bu qələbəsi  isə   tək onun öz idman karyerasında deyil, Azərbaycanın idman tarixində də  qızıl hərflərlə yazıldı.

   

Sifai SƏFƏROVA

 



29.08.2018 | 17:37