“Naxçıvan” Universiteti payız - qış mövsümünə hazırlaşır

“Naxçıvan” Universitetində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı yığıncaq kecirilib. Universitetin rektoru, professor İsmayıl Əliyev tədbiri açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə ali və orta ixtisas təhsili müəssisələrinin tədris korpuslarının, idman zallarının, sosial xidmət mərkəzləri və yataqxanalarının qış mövsümünə hazırlığıbarədə verilən tapşırığı diqqətə çatdırıb.Bildirilib ki, müşavirədə  verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə icrasına xüsusi diqqət yetirilir. Bu məqsədlə universitet şəhərciyində su, qaz, işıq sistemi yoxlanılıb, lazımi tədbirlər görülüb. 

 

Yığıncaqda çıxış edən Universitet Yataqxanasının müdiri Müseyib Babayev ali təhsil ocağında payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərin soyuq aylarda tədrisin keyfiyyətinə təsir edə biləcək halların vaxtında aşkarlanıb aradan qaldırılması baxımından əhəmiyyətini vurğulayıb. 

 

“Naxçıvan” Universitetində payız-qış mövsümünə hazırlıq  işlərinə start verildiyini önə çəkən Təsərrüfat şöbəsinin müdiri Şahin Babayev istilik və elektrik sistemlərinin, su borularının sazlığının təmin olunması istiqamətində görülən işlərdən danışıb. 

 



01.09.2018 | 10:39