Abşeron məktəbliləri arasında voleybol üzrə rayon birinciliyi keçirilib

Masazır 4 nömrəli tam orta məktəbdə Abşeron Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə voleybol üzrə qızlar arasında  rayon birinciliyi keçirilib.

 

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, rayon gənclər və idman idarəsinin məsul şəxsləri,  fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev oyunun qaydalarını izah edərək komandalara uğurlar arzulayıb. 

 

Gərgin mübarizə şəraitində keçən yarışda I yeri Aşağı Güzdək kənd tam orta məktəbinin komandası, II yeri Novxanı 1 nömrəli tam orta məktəbin komandası, III yeri isə Masazır 4 nömrəli tam orta məktəbin komandası tutub.

 

Sonda qaliblər Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və müvafiq dərəcəli diplomlarla təltif ediliblər.

 

Rəşad ZİYADOV

 



05.03.2018 | 10:00