AzTU-nun müətəxəsissləri Yüksək Texnologiyalar Parkında olublar

Sentyabrın 18-də Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup mütəxəssisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli ilə görüşüblər.

 

Yüksək Texnologiyalar Parkında keçirilən görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov universitetdə yüksək texnologiyalar sahəsində aparılan araşdırmalar, tələbələrin startapları, həmçinin, Yüksək Texnologiyalar Parkı ilə imzalanan əməkdaşlıq müqaviləsi əsasında formalaşdırılan ekosistem haqqında geniş məlumat verib.

 

Dəvəti qəbul etdikləri üçün təşəkkürünü bildirən Tural Kərimli Yüksək Texnologiyalar Parkının vasitəçiliyi ilə son zamanlar həyata keçirilən layihələr haqqında danışıb. Qeyd edib ki, Yüksək Texnologiyalar Parkı AzTU-nun həm professor-müəllim, həm də tələbə heyyətinin potensialının ortaya çıxarılmasında və  səmərəli istifadəsində maraqlıdır.

 

Görüşdə mütəxəssislərin təklifləri dinlənilib və perespektiv əməkdaşlıq sahələri müzakirə olunub.



18.09.2018 | 16:44