“Kitabxanaya kitab hədiyyə edirik”

Bakıdakı Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanada “Kitabxanaya kitab hədiyyə edirik” adlı sosial aksiya uğurla davam edir. Aksiyaya alimlər, yazıçılar,  ictimaiyyət nümayəndələri, oxucular, paytaxt sakinləri və şəhərimizin qonaqları da qatılıblar. Aksiyanın əsas məqsədi kitabxana fondlarını müasir, maraqlı və yüksək tələbat olan ədəbiyyat, dərsliklər, uşaq və yeniyetmələr üçün milli və xarici klassik ədəbiyyatla və müasir dövrün şair və yazıçıların əsərləri ilə zənginləşdirməkdən ibarətdir.

     

Qeyd edək ki, aksiyaya bu günədək 24 ziyalı və kitabsevər qatılıb və onlar kitabxanaya 534 kitab hədiyyə edib. Hədiyyə olunan kitabların çoxu oxucuların marağına səbəb olan, kitabxanada olmayan yeni nəşirlər, habelə onilliklər öncə işıq üzü görən, lakin son illərdə yenidən nəşr olunmamış kitab, dərslik, lüğət, məlumat kitabları və s. ədəbiyyatdır.

                     

Sifai SƏFƏROVA



26.09.2018 | 10:31