ADPU ilə Atatürk Universiteti arasında protokol imzalanıb

Sentyabrın 27-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikası Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı ilə görüşüb.  Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov,  rektorun köməkçisi Riyad Rüstəmli, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Lətif Kəngərli və digər şəxslər iştirak ediblər.

 

Rektor Cəfər Cəfərov qonaqları salamlayaraq onlara ADPU haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 1921-ci ildə yaradılan ADPU fəaliyyət göstərdiyi müddət ərzində elm və təhsilin inkişafında misilsiz xidmətlər göstərib. ADPU-da Hazırda universitetdə 18 minə yaxın tələbə təhsil alır. ADPU-nun 5 filialı var. ADPU 100 illik yubileyinə yaxınlaşır.

 

Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı görüşə görə təşəkkür edərək rəhbəri olduğu universitetin fəaliyyət istiqamətləri, fakültələri, tədris və elmi həyatı, professor-müəllim və tələbə heyəti, idarəetmə strukturları barədə geniş danışıb.  

 

Sonra ADPU ilə Atatürk Universiteti arasında Mövlana Mübadilə Proqramı çərçivəsində protokol imzalanıb. İmzalanmış sənəddə birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi və digər məqamlar öz əksini tapıb.

 



28.09.2018 | 14:49