“Zəkalar” liseyində seçim turu

Bakıdakı 287 nömrəli “Zəkalar” liseyində  “III Məmməd Araz Poeziya günü” çərçivəsində Məmməd Araz şeirinin ən yaxşı ifaçısı adını qazanmaq üçün seçim turu keçirilib. Məktəbin direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Əhmədli, dil-ədəbiyyat müəllimi Xəyalə Tağıyeva və “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlıdan ibarət münsiflər heyəti şagirdlərin çıxışlarını qiymətləndiriblər. Məktəblilər bildiriblər ki, şairin   əsərlərində Vətən sevgisi, milli dəyərlər, insan mənəviyyatı ön planda verilib. Ona görə də şairin yaradıcılığı yaddaşlara həkk olunaraq, daim seviləcək, könüllərdə yaşayacaq.

     

Şagirdlərdən Əbülfəz Rzazadə, Nəzrin Ağazadə, Nicat Səmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva və Şəbnəm Haşımlı fərqləniblər. Onlar oktyabr ayının əvvəlində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə III “Məmməd Araz Poeziya günü” və Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yekun tədbirdə çıxış edəcəklər.

 

Sifai SƏFƏROVA



01.10.2018 | 16:31