NDU-da növbəti bilik yarışması

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “5 oktyabr–Beynəlxalq Müəllimlər gününə” həsr olunmuş bilik yarışması keçirilib.  

 

Viktorinanı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllimlər gününün yaranma tarixindən bəhs edib və bu əlamətdar gün münasibətiylə gələcəyin müəllimlərini təbrik edib.

 

Sonra bilik yarışmasına start verilib.

 

On komandanın iştirakı ilə keçirilən yarış 2 turdan ibarət olub. 35 sual olmaqla iki mərhələdə keçirilən gərgin bilik yarışında I yerə Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi,  II yerə İqtisad, III yerə isə Tarix – filologiya fakultəsinin tələbələri layiq görülüb. Qalib komandalar və fəal iştirakçılar diplom və fəxri fərmanla  mükafatlandırılıb.

 



03.10.2018 | 17:49