ADAU-nun rektoru Moldova universitetinin Fəxri doktoru adına layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin yaradılmasının 85 illiyinə həsr olunan  MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələri rektorlarının iclasında iştirak edir. “Dünya üzümçülüyünün inkişaf problemləri və istiqamətləri” mövzusundakı iclasda rektor Azərbaycanda aqrar sahədə üzümçülüyün yeri və bu sahənin inkişafına dövlət dəstəyi, kadr təminatı, cari tədris ilindən ADAU-da bakalavriat səviyyəsində “şərabçılıq” ixtisası üzrə yalnız dövlət sifarişi mütəxəssis hazırlığının aparılması, ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsinin və birgə elmi-tədqiqatların aparılmasının prioritet istiqamətləri barədə danışıb.

 

Tədbir çərçivəsində İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin Fəxri doktoru adına layiq görülüb



05.10.2018 | 17:54