6 modul tipli məktəb binası quraşdırılır

Respublikamızın bölgələrində təhsil infrastrukturunun müasirləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 5 aprel tarixli Sərəncamına əsasən, hazırda Tovuz rayonunda, ümumilikdə, 332 şagird yerlik 6 modul tipli məktəb binası quraşdırılır.

 

Qeyd edək ki, modul tipli məktəb binaları əsasən rayonun dağ kəndlərində inşa olunur. Hazırda Hacıhəsənli və Sarıtala kəndlərində quraşdırma işləri başa çatmaq üzrədir. Qayadibi və Qoşa kəndlərində quraşdırılan məktəblərin isə yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.



08.10.2018 | 12:21