Təhsil müəssisələrində öyrədici seminarlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində öyrədici seminarlar keçirilir.

 

Seminarların əsas məqsədi müəllimlərə dərsliklərinin konsepsiyasını izah etmək, dərsliklə iş, iş dəftərlərindən istifadə, tədris zamanı qarşıya çıxan çətinliklərin və problemlərin həlli yollarını tapmaqdan ibarətdir.

 

Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan seminarlar çərçivəsində müəllimlər ilə dərslik müəllifləri arasında görüşlər də təşkil olunur.

 

Bakının 12 inzibati rayonu üzrə keçirilən seminarlarda dərslik müəllifləri fənn kurikulumunun məzmun xətləri və alt standartları barədə müəllimləri məlumatlandırıb, şagirdlərdə oxu və dinləyib-anlama bacarıqlarının, yazı vərdişlərinin, yaradıcı və tənqidi təfəkkürün formalaşdırılması yolları barədə pedaqoji heyətə tövsiyələr veriblər. Həmçinin, müəlliflər mətn üzərində iş, oxu savadlılığı, mətn əsasında açıq və qapalı sualların hazırlanması, dərslikdə verilən mətnlər arasında əlaqənin düzgün qurulması, şifahi nitq bacarıqlarının formalaşdırılması və digər məsələlər haqqında da ətraflı məlumat verib, müəllimləri maraqlandıran sualları cavablandırıblar.

 

Qeyd edək ki, Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrindən irəli gələn tələblərin icrası istiqamətində keçirilən öyrədici seminarların və dərslik müəllifləri ilə görüşlərin cari ilin sonunadək davam etdirilməsi planlaşdırılır.

 



09.10.2018 | 10:29