Təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb
Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.
 
"Azərbaycan müəllimi"  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
 
O bildirib ki, sertifikatlaşdırma bu ilin iyun ayında keçiriləcək.
 
"Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq" - deyə Eşqi Bağırov qeyd edib.


18.04.2024 | 12:34